Qalmaqal: müsəlman model onu qucaqlayanı vurdu - VİDEO
Dünyanın ən məşhur modellərindən biri, britaniyalı supermodel Cici Hədid Milanda keçirilən "Milan Fashion Week"də hücuma məruz qalıb.
23 Sentyabr 2016 12:28 DünyaDünyanın ən məşhur modellərindən biri, britaniyalı supermodel Cici Hədid Milanda keçirilən "Milan Fashion Week"də hücuma məruz qalıb.
TMZ bildirir ki, qalmaqalları ilə ad çıxarmış ukraynalı jurnalist Vitali Sedyuk "Max Mara" brendinin şousu başa çatandan sonra salonu tərk edən 21 yaşlı Cici Hədidə arxadan yaxınlaşıb, onu qucaqlayaraq qaldırıb.
C.Hədid həmin an fanatlarından biri ilə selfi çəkdirirdi.
Hirslənmiş supermodel onu arxadan qucaqlayan jurnalistin üzünə dirsəyi ilə zərbə endirib.
Sedyuk şoulardakı idiotik hərəkətləri ilə məşhurdur. 2014-cü ilin sentyabrında Parisdəki Yüksək Moda həftəsində o, maşından düşən Kim Kardaşyanı yerə yıxmağa çalışmışdı. Elə həmin ilin iyun ayında o, aktyor Bred Pittə hücum etdiyi və Hollivud ulduzunu öpməyə çalışdığı üçün ABŞ-da məhkəmənin qərarı ilə 3 il müddətinə şərti həbs cəzası almışdı.
Cici Hədid Milandakı şouda "Max Mara"nın yeni kolleksiyasının təqdimatında podiuma çıxmışdı.
Supermodel Britaniyada yaşayan fələstinli milyarderin qızıdır. Milli.az