Nazirin keçmiş müavini hakimiyyəti zəbt etmək cəhdində ittiham olundu
İstintaq orqanı Ermənistan müdafiə nazirinin keçmiş müavini Vaan Şirxanyana yeni ittiham elan edib. Virtualaz.org bildirir ki, bu barədə news.am-a Şirxanyanın vəkili Ayk Alumyan bildirib.
22 Sentyabr 2016 14:17 Dünyaİstintaq orqanı Ermənistan müdafiə nazirinin keçmiş müavini Vaan Şirxanyana yeni ittiham elan edib.
Virtualaz.org bildirir ki, bu barədə news.am-a Şirxanyanın vəkili Ayk Alumyan bildirib.
"Yeni maddə əlavə edilib. O, hakimiyyətin mənimsənməsinin hazırlığında ittiham edilir", - deyən vəkil əlavə edib ki, onlara ittihamın ağırlaşdırılması ilə bağlı hər hansı əsaslandırma təqdim olunmayıb.
Xatırladaq ki, Vaan Şirxanyan 21 dekabr 2015-ci il-də Yerevanda ləğv edilmiş silahlı qrupun işi çərçivəsində həbs edilib. O, qrupun başçısı Artur Vardanyanla əməkdaşlıqda ittiham olunur.
Onu da qeyd edək ki, bir gün əvvəl vəkil bildirmişdi ki, İnsan Haqları üzrə Avropa Məhkəməsi Vaan Şirxanyanın şikayətini qeydiyyata götürüb.