“Ericsson” 2017-ci ildə “5G” avadanlığının tədarükünə başlayacaq

“Ericsson” şirkəti beşinci nəsil (“5G”) mobil şəbəkəsinin işə salınması məqsədi ilə artıq gələn il aparat həllərinin tədarükünə başlamağı planlaşdırır.

"Ericsson" şirkəti beşinci nəsil ("5G") mobil şəbəkəsinin işə salınması məqsədi ilə artıq gələn il aparat həllərinin tədarükünə başlamağı planlaşdırır.

"Ericsson Mobility Report" hesabatına əsasən, 2021-ci ilədək dünya əhalisinin 90 %-i "WCDMA/HSPA" texnologiyaları əsasında tikilmiş mobil genişzolaqlı şəbəkə ilə əhatə olunacaq. Hazırda dünya əhalisinin 50%-dən çoxu internetə çıxışa malik deyil və bu problem inkişaf etməkdə olan ölkələrdə daha açıq-aşkar hiss olunur.

"ICTnews" Elektron Xəbər Xidməti "3dnews.ru" saytına istinadən yazır ki, proqnozlara görə, "5G" şəbəkəsinin kommersiya istifadəsinə 2020-ci ildə başlanılacaq və məlumatların ötürülməsi üzrə maksimum sürət 20 Qbit/s müəyyən edilib. Qiymətləndirmələrə görə, 2021-ci ilin sonunadək "5G" şəbəkəsində 150 milyon qoşulma qeydə alınacaq.

"5G" xidmətlərinin imkanlarını 2018-ci ilin fevralında Cənubi Koreyada keçiriləcək Qış Olimpiya Oyunlarında nümayiş  etdirmək planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31