"Facebook Messenger"dən möhtəşəm yenilik

"Facebook”un son vaxtlarda təqdim etdiyi yeniliklərin ardı arxası kəsilmir. 

"Facebook"un son vaxtlarda təqdim etdiyi yeniliklərin ardı arxası kəsilmir. 

Axşam.az "Technote"yə istinadən bildirir ki, yeni xüsusiyyət iOS və Android üçün eyni vaxtda təqdim edilərkən "Facebook Messenger"də video paylaşmaq kimi bir yeniliyə imza atıb.

Mesajlaşma tətbiqləri arasında böyük istifadəçi kütləsinə sahib olan "Facebook"un "Messenger" tətbiqi, rəqibləri ilə arasındakı fərqləri azaltmaq üçün düyməyə basıb. "Facebook" və "Instagram" tətbiqlərində edilən dəyişikliklərdən sonra indi də Messenger üçün canlı video paylaşım dəstəyini istifadəçilərə təqdim edib. Bir çox sosial media platformasında canlı video paylaşım dəstəyi olmasına baxmayaraq "Messenger"də bu funksiyanın olmaması diqqət çəkici idi.

Bir neçə gün əvvəl "Instagram" üçün təqdim edilən yaxınlaşdırma və profil şəkillərini görmək xüsusiyyətlərindən sonra "Facebook", "Messenger" üçün video xüsusiyyətini təqdim etib. Ancaq iki funksiyanın da diqqət çəkən ortaq tərəfi, son istifadəçi geri bildirişlərində əksik görülən xüsusiyyətlərin yer alması olub.

"Instagram"ın "zoom" funksiyasından sonra, "Messenger üçün video dəstəyi də "Nəhayət ki!" reaksiyasının verilməsinə səbəb olub.

Hər iki tərəfin də "Facebook Messenger"in son versiyasına sahib olması halında xidmətdən istifadə mümkündür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31