Türkiyədə əsgərlər arasında kütləvi dava
Türkiyənin Karabük vilayətinin Safranbolu rayonunda jandarm alayında əsgərlər arasında kütləvi dava baş verib.
31 Avqust 2016 12:04 DünyaTürkiyənin Karabük vilayətinin Safranbolu rayonunda jandarm alayında əsgərlər arasında kütləvi dava baş verib.
"Anadolu" agentliyinin yaydığı məlumata görə, kütləvi dava alayın yeməkxanasında baş verib. Belə ki, 30 əsgər arasında yaranmış mübahisə sonradan kütləvi davaya çevrilib.
Vəziyyətin daha da ciddiləşdiyini görən növbətçi gizir havaya atəş açmaqla onlardan sakitləşmələrini tələb edib.
Kütləvi dava zamanı 1-i ağır olmaqla 10 əsgər yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31