Məşhur müğənni axtarışa verildi

Türkiyədə FETÖ ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində məşhur müğənni və köşə yazarı Atilla Taşın da saxlanıldığını deyilir. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, İstanbul Baş Prokurorluğu tərəfindən 35 nəfərin saxlanması barədə qərar verilib. Onlardan 9-u saxlanılsa da, Atilla Taş da daxil olmaqla 26 nəfər axtarışlara baxmayaraq tapılmayıb.

Axtarışa verilən ifaçı sosial şəbəkədə bunları yazıb: "Haqqımda saxlanılma qərarı olsaydı, hər halda xəbər verərdilər. Mən qaçaq deyiləm. Qaçmaq üçün heç bir səbəbim də yoxdur. Yerim-yurdum bəllidir. İfadəni harda verməliyik, deyin, gəlim. Mənim ölkəmə qarşı tək bir xəyanətimi tapsalar, özümü elə o an asaram! Ürəyim rahat, başım dik, alnım təmizdir". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31