Şoyqu: “NATO-nun Suriyaya qanadlı raket zərbələrinin qarşısını aldıq”
“Rusiyanın atdığı addımlar NATO-nun Suriyaya qanadlı raket zərbələrinin qarşısını almağa imkan verib”.
15 Avqust 2016 17:53 Dünya"Rusiyanın atdığı addımlar NATO-nun Suriyaya qanadlı raket zərbələrinin qarşısını almağa imkan verib".
APA-nın məlumatına görə, bunu "Rossiya 24" telekanalının efirində Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.
"Suriya ilə bağlı durum dəyişirdi. Siz özünüzə sual versəniz ki, prezidentimiz kimyəvi silahın təhvil verilməsi ilə bağlı ideyanı reallaşdıra bilməsəydi, nə baş verəcəkdi? Orada 624 qanadlı raket hazır vəziyyətdə idi", - deyə nazir vurğulayıb.
Şoyqu qeyd edib ki, bu cür miqyaslı zərbə endirilsəydi, Suriyada dövlət strukturunu bərpa etmək çox çətin olacaqdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31