Mollanın qətlində şübhəli bilinən şəxs tutuldu

Polis Nyu-York məscidlərindən birinin imamını qətlə yetirməkdə şübhəli bilinən şəxsi saxlayıb. 

Polis Nyu-York məscidlərindən birinin imamını qətlə yetirməkdə şübhəli bilinən şəxsi saxlayıb. Trend bildirir ki, bu barədə RİA Novosti "New York Post" qəzetinə istinadən xəbər verib. İmam Movlana Akonci və onun köməkçisi Thara Uddin şənbə gündüz saatlarında Ozon-park rayonunda məsciddən çıxarkən silahlı hücuma məruz qalıblar. Onlar başlarına açılan atəşdən ölüblər. Polisin ilkin ehtimalına görə, qatil 4 il öncə Banqladeşdən Nyu-Yorka gəlmiş imamla tanış olub. Qətldə şübhəli bilinən 35 yaşlı şəxsə hələ ittiham irəli sürülməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31