Türkiyənin İmralı həbsxanasının 3 hərbçisi tutulub
15 Avqust 2016 15:36 DünyaTürkiyənin İmralı adasında Fetullahçı terror təşkilatına (FETÖ) qarşı keçirilən istintaq-əməliyyat tədbirləri çərçivəsində bir kapitan və 2 gizir saxlanılıb.
"Report" Haber7-yə istinadən xəbər verir ki, əməliyyatı terrorçuluğa qarşı mübarizə idarəsinin əməkdaşları keçirib.
Onlar Bursadakı evlərində tutulublar. Həmin hərbçilər məhkəməyə aparılıblar.
Qeyd edək ki, 1999-cu ildə Kenyada tutulduqdan sonra terrorçu PKK qruplaşmasının başçısı Abdullah Ocalan İmralıdakı qapalı tipli həbsxanada saxlanılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31