Prezidentlər sabah Soçidə görüşəcək
Sabah Rusiya prezidenti Vladimir Putin və Qazaxıstan prezidenti Nursultan Nazarbayev arasında Soçidə görüş keçiriləcək. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, Qazaxıstan Prezident Administrasiyasının sabahkı görüşə dair açıqlaması Kreml tərəfindən də təsdiqlənib.
15 Avqust 2016 15:33 DünyaSabah Rusiya prezidenti Vladimir Putin və Qazaxıstan prezidenti Nursultan Nazarbayev arasında Soçidə görüş keçiriləcək. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, Qazaxıstan Prezident Administrasiyasının sabahkı görüşə dair açıqlaması Kreml tərəfindən də təsdiqlənib.
Kreml liderlərin ikitərəfli ticarət, iqtisadi, mədəni, humanitar əlaqələri, eləcə də Avrasiya bölgəsində əməkdaşlığın təşviqi ilə bölgəni maraqlandıran əsas mövzuları müzakirə edəcəkləri barədə məlumat yayıb.