Sarkisyan sözündə durmadı
Ermənistan hökuməti aprel ayında baş verən döyüşlərdə ağır yaralanan erməni hərbçilərin xaricdə müalicəsini davam etdirməsi üçün öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırıb.
15 Avqust 2016 15:06 DünyaErmənistan hökuməti aprel ayında baş verən döyüşlərdə ağır yaralanan erməni hərbçilərin xaricdə müalicəsini davam etdirməsi üçün öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırıb.
Azvision.az bildirir ki, üzərindən 4 ay keçməsinə baxmayaraq rəsmi İrəvan aprel döyüşlərində ağır yaralanan 3 hərbçinin xaricdə müalicə almasına vəsait ayırmır.
Yaralıların yaxınları deyirlər ki, Müdafiə Nazirliyinin müvafiq strukturları yaralılar barədə məlumat hazırlayaraq Səhiyyə Nazirliyinə təqdim etməli idi. Lakin 2 aydır ki, sənədlərin toplanması geçikdirilir və bu gecikmənin səbəbi barədə heç bir məlumat verilmir.
Qeyd olunub ki, Avetis Zarqaryan, Roland Saakyan və Ovanes Poqosyan həkimlərin rəyi əsasında müalicələrini xaricdə davam etdirməlidirlər.
Bildirilib ki, hələ də Səhiyyə Nazirliyi səkkiz yaralı hərbçini müalicə edən "Erebuni" tibb mərkəzinə olan 3 milyon dramdan çox borcunu qaytarmayıb.
Qeyd edək ki, hazırda Almaniyada aprel ayında getmiş döyüşlərdə ağır yaralanmış erməni hərbçilər Arman Ləzgiyanın və Ruben Arakelyanın müalicəsi davam etdirilir. Onlar özəl yardım fondlarının hesabına müalicə alırlar.