Məscidin imamını öldürən tutuldu

Amerika polisi Nyu-Yorkda məscidin imamını və onun köməkçisini öldürməkdə şübhəli bilinən şəxsi yaxalayıb.

Amerika polisi Nyu-Yorkda məscidin imamını və onun köməkçisini öldürməkdə şübhəli bilinən şəxsi yaxalayıb.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, saxlanılanın 35 yaşı var.

İmama hücum gündüz ibadətdən evinə qayıdanda törədilib.

O, güllə yarası ilə yaxınlıqdakı

xəstəxanaya aparılıb, ancaq bir müddət sonra keçinib.

Həmin xəstəxanada onun köməkçisinin də həyatını xilas etmək mümkün olmayıb. Hazırda bu qətlin hansı səbəbdən baş verdiyi araşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31