Livanda patrul avtomobili yaxınlığında partlayış baş verib
Livanda ordunun patrul avtomobili yaxınlığında partlayış törədilib.
15 Avqust 2016 14:30 DünyaLivanda ordunun patrul avtomobili yaxınlığında partlayış törədilib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Ersal şəhəri yaxınlığında baş verən hadisə nəticəsində beş hərbçi yaralanıb.
Hələlik hadisə ilə bağlı heç bir başqa məlumat yoxdur.
Qeyd edək ki, şəhər ölkənin şərqində, Suriya sərhədi yaxınlığında yerləşir. 2014-cü ilin avqust ayında Suriyada fəal olan İŞİD və "Ən-Nüsra Cəbhəsi" yaraqlıları şəhərə hücum etsə də, ordu şəhəri müdafiə etməyi bacarıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31