FETÖ-çülərin imamı Adil Öksüz Avstraliyaya qaçdı
Türkiyədə 15 iyul hərbi çevrilişə cəhddə bir nömrəli sivil isim olduğu iddia edilən Adil Öksüz haqqında yeni məlumat var.
15 Avqust 2016 12:27 DünyaTürkiyədə 15 iyul hərbi çevrilişə cəhddə bir nömrəli sivil isim olduğu iddia edilən Adil Öksüz haqqında yeni məlumat var. Çevrilişə cəhdin əsas simalarından sayılan bu insanın Qırğızıstan üzərindən Avstraliyaya qaçdığı məlum olub. Məlumatlara görə, Avstraliya Adil Öksüzə siyasi sığınacaq verib. Xatırladaq ki, FETÖ-çü terrorçuların imamı sayılan Adil Öksüz paralel dövlətin mətbu orqanı olan "Yeni Ümid" dərgisində məqalələrlə çıxış edirdi. Adil Öksüzün Fətullah Gülənlə uzun illər yaxın münasibətdə olduğu bildirilir.
Qeyd edək ki, bir aralar FETÖ-nün ən önəmli isimləri arasında olan Hüseyn Gülərcə çevriliş gecəsi Akınçı Hava üssündə tutulan və göz altına alındıqdan sonra polis tərəfindən sərbəst buraxılan Adil Öksüz haqqında ilginc açıqlamalarla çıxış etmiş və imamı bu çevrilişdə bir nömrəli isim olduğunu açıqlamışdı. "Olaylar".az