Moskvada öldürülənlərin azərbaycanlı deyil, erməni və qırğız olduğu üzə çıxıb

Bu gün Moskvada öldürülən şəxslərin milliyyətcə erməni və qırğız olduğu məlum olub.

"Moskovski Komsomolets" nəşrinin verdiyi məlumata görə,  onlardan biri 69 yaşlı Lev Kamalyan, digəri isə 36 yaşlı Nurik Munduzovdur.

Hadisə şahidinin sözlərinə görə, onları sərxoş gənclər qətlə yetirib. Gənclərin skinhed olduqları ehtimal edilir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31