Çağatay Ulusoyun ən böyük xəyalı

Məşhur müğənni Yusuf Güney aktyor dostu Çağatay Ulusoyun ən böyük xəyalının gəmi kapitanı olduğunu deyib.

Məşhur müğənni Yusuf Güney aktyor dostu Çağatay Ulusoyun ən böyük xəyalının gəmi kapitanı olduğunu deyib.

Türkiyə mətbuatı xəbər verir ki, gəmi həvəskarı olan Yusuf Güney 2013-cü ildən gəmidə yaşayır.

Gəmidə yaşamağını lüks həyat tərzi kimi dəyərləndirməyən ifaçı, bunun məcburi ehtiyac olduğunu deyib:

"Gəmidə yaşamaq üçün milyonçu olmağa ehtiyac yoxdur. Əgər gəmidə yaşamasam depressiyaya düşərəm".

32 yaşlı ifaçı dostu Çağatay Ulusoyun da gəmiləri sevdiyini, lakin işi ilə əlaqədar olaraq çox vaxt ayıra bilmədiyini söyləyib:

"Mənə xəyalının gəmi sahibi olmaq və kapitanlıq etmək olduğunu demişdi. Ona "gəl səni kapitan edim" deyirəm, amma Nuh deyir, Peyğəmbər demir. Bu yaxınlarda iki gün ardıcıl gəldi. Üçüncü gün hava biraz küləkli oldu, "bu işi bacarmayacağam" deyib getdi. Amma mən onu yenə dəvət edirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31