Deniz Seki vaxtından əvvəl azadlığa çıxacaq?

Müğənni Deniz Sekinin vaxtından əvvəl həbsdən çıxa biləcəyi haqda xəbər yayılıb.

Müğənni Deniz Sekinin vaxtından əvvəl həbsdən çıxa biləcəyi haqda xəbər yayılıb.

Türkiyə mətbuatının məlumatına görə, 15 iyul qiyam gecəsindən sonra həbsxanalarda sıxlıq yarandığı üçün bəzi məhkumlar barədə əfv qərarı çıxa bilər.

2016-cı il yanvarın 1-dən əvvəl həbsxanaya düşən məhkumların bəzilərinin cəzasının 5 il azaldılacağı haqda təklif Deniz Sekini də sevindirib. Müğənninin vəkili bildirib ki, bu, haqda təklif qanuniləşərsə, Denizin həbsdən çıxacağı realdır.

Bu arada D.Sekinin həbsdən çıxandan sonra realiti-şou ilə ekranlarda görünəcəyi deyilir. Bir prodüser şirkəti ifaçının həyatını anbaan çəkərək ekrana gətirmək üçün sənətçinin menecerinə təklif göndərib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31