Nazir: "​Türkiyədə 27 424 müəllim və təhsil işçisinin fəaliyyəti dayandırılıb"

"Təhsil sahəsində işləyən 27 424 müəllim və əməkdaşın fəaliyyəti dayandırılıb".

"Təhsil sahəsində işləyən 27 424 müəllim və əməkdaşın fəaliyyəti dayandırılıb".

TASS xəbər verir ki, bunu Türkiyənin təhsil naziri İsmet Yılmaz bildirib.

"Ancaq Fətullahçı terror təşkilatı (FETÖ) ilə bağlı hadisələrdən şagirdlər ziyan görməyəcək. Onların hamısı dövlət müəssisələrində təhsilini davam etdirəcək ", - deyə İ.Yılmaz söyləyib.

Onun sözlərinə görə, əlavə müəllimlər seçiləcək: "Türkiyəyə sığınan 514 suriyalı müəllim işə götürüləcək".

İ.Yılmaz bildirib ki, iyulun 15-də Türkiyədə dövlət çevrilişi cəhdindən sonra 138 min şagirdin təhsil aldığı özəl məktəblər bağlanıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31