Sevgilisinin üzünü yandırdı - Facebook bəlası
15 yaşlı qız facebook sosial şəbəkəsində dostluqdan sildiyi oğlan tərəfindən yandırılıb.
11 Avqust 2016 13:54 Dünya15 yaşlı qız facebook sosial şəbəkəsində dostluqdan sildiyi oğlan tərəfindən yandırılıb.
Atv.az bildirir ki, Hindistanda bir yeniyetmə facebook sosial şəbəkəsində onu dostluqdan silən qızdan intiqam almaq üçün üzünü qaynar suyla yandırıb. Şimali Hindistanın Bihar vilayətindən olan yeniyetmə oğlan qızın evinə gəlib. Anasını kənara itələyərək qaynar suyu qızın üzünə töküb. Dərhal xəstəxanaya çatdırılan qızın üzünün 20 faizi yanıb. Xüsusən sağ yanağı və boynunun sağ hissəsi daha ağır dərəcəli yanıq xəsarətləri alıb.
Zərərçəkmiş qız: "Mən onun dostluğunu 1 il əvvəl layiqli olduğunu düşünüb qəbul etmişdim. Ancaq son zamanlar təhqirdeci sözlər işlətməyə və söyüş söyməyə başladı, mən də dostluqdan sildim", - deyib.
Onu da qeyd edək ki, Hindistanda facebook faciələri getdikcə artır. Bu yaxınlarda 17 yaşlı bir qız ailəsinin facebook qadağasına görə intihar etmişdi.