"Homoseksual olduğumu dedim, atam özünü öldürdü..."

"Arrow" və "Teen Wolf"un ulduzu, 28 yaşlı aktyor Colton Haynes "Out" jurnalına müsahibə verib.

"Arrow" və "Teen Wolf"un ulduzu, 28 yaşlı aktyor Colton Haynes "Out" jurnalına müsahibə verib.

Qafqazinfo bildirir ki, aktyor müsahibəsində ailəsinə homoseksual olduğunu deyən zaman atasının özünü öldürdüyünü söyləyib:

"14 yaşım var idi, homoseksual olduğumu ailəmə və sinif yoldaşlarıma demək qərarına gəldim. Atama bu barədə danışdım, o isə 4 ədəd həb içərək özünü öldürdü. Özümü günahkar hiss edirdim, bu səbəbdən uzun müddət homoseksual olduğumu gizlətməyə başladım. Uzun müddət depressiyaya düşdüm. 17 yaşımda Los-Ancelesə gəldim, bundan sonra ulduzum parladı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31