ABŞ səfirliyi Ermənistan polisini qara siyahıya daxil edib

Ermənistan polisləri ABŞ-ın Yerevandakı səfirliyinin qara siyahısına düşüblər.

Ermənistan polisləri ABŞ-ın Yerevandakı səfirliyinin qara siyahısına düşüblər.

"Qraparak" qəzeti xəbər verir ki, onlar iyulun 17-də Yerevanda keçirilən etiraz aksiyasını güc tətbiq etməklə dağıtmaqda günahlandırılırlar. 

Məlumata əsasən, həmin gün polis etiraz aksiyasının 165 iştirakçısını saxlayıb, mitinqə qatılan 73 nəfər isə polisin güc tətbiqi nəticəsində aldıqları müxtəlif xəsarətlərlə bağlı tibb müəssisələrinə müraciət ediblər.

Xəbərdə bildirilib ki, mitinq dağıdılan zaman jurnalistlər də xəsarət alıblar.

Qeyd edək ki, iyulun 17-də bir qrup silahlı şəxs Yerevanda polis alayının binasını ələ keçirmişdi. Bundan sonra binanı ələ keçirmiş silahlı şəxslərə dəstək aksiyası bir neçə gün davam edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31