Türkiyədə bütün hərbi təhsil müəssisələri bağlanacaq
31 İyul 2016 06:42 DünyaTürkiyədə hərbi təhsil müəssisələri bağlanacaq.
Trend bildirir ki, bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, onların əvəzinə Türkiyədə Milli Müdafiə Universiteti yaradılacaq.
Milli Müdafiə Universitetinin nəzdində Quru Qoşunlar Akademiyası, Hərbi-Hava Akademiyası və Dəniz Akademiyası yaradılacaq.
Onun sözlərinə görə, bununla yanaşı, hərbi akademiyalar fəaliyyət göstərməyə davam edəcək.
Hazırda ölkədə 4 hərbi təhsil müəssisəsi fəaliyyət göstərir.
Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31