"Kəmər həm Türkiyə, həm Rusiya üçün daha cazibədar hala gəlib" - Rus nazir

Rusiya və Türkiyə “Türk axını” qaz kəmərinin iki xəttinin tikintisinin müzakirəsinə başlayıblar. Bu xətlərdən biri rus qazını Avropaya daşıyacaq.

Rusiya və Türkiyə "Türk axını" qaz kəmərinin iki xəttinin tikintisinin müzakirəsinə başlayıblar. Bu xətlərdən biri rus qazını Avropaya daşıyacaq.

Avropa.info xəbər verir ki, bu barədə Rusiya Energetika naziri Aleksandr Novak "Rossiya 24" kanalına müsahibəsində danışıb. O, deyib ki, kəmərlə gələcək qaz cənubi-şərqi Avropa ölkələrinə daşınacaq. 15,75 milyard kubmetrlik xətt isə türk istehlakçılar üçün nəzərdə tutulub. Novak deyib ki, Ukraynadan yan keçən kəmər həm Türkiyə, həm Rusiya üçün daha cazibədar hala gəlib.

"Əlbəttə, ukraynalı həmkarlarımızın dediyi kimi tranzitin qiyməti daha çox tutarsa bu son nəticədə Türkiyə qaz istehlakçıları üçün qiymətdə özünü göstərəcək" - rus nazir belə deyib. Bu üzdən Türkiyə qaz kəmərinin birbaşa çəkilməsinin tərəfdarıdır. 
Türkiyənin İqtisadiyyat naziri Nihat Zeybekçi ilə aparılan danışıqların nəticəsi olaraq Novak deyib ki, məqsəd iqtisadi əlaqələrin bərpa olunması idi. Əsas mövzu isə energetika olub. 

Qeyd edək ki, "Türk axını" ilə bağlı Rusiya və Türkiyə arasında aparılan danışıqlar 2015-ci ilin 24 noyabrında rus təyyarəsinin vurulmasından sonra dayandırılmışdı. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31