Yerevanda PPX alayının binasını ələ keçirənlərlə polis arasında atışma olub
Yerevanda post-patrul xidməti alayının binasını ələ keçirən silahlı qruplaşma ilə polis arasında atışma baş verib. Nəticədə binanı ələ keçirən qrup üzvlərindən biri - Araik Xandoyan yaralanıb.
29 İyul 2016 18:22 DünyaYerevanda post-patrul xidməti alayının binasını ələ keçirən silahlı qruplaşma ilə polis arasında atışma baş verib. Nəticədə binanı ələ keçirən qrup üzvlərindən biri - Araik Xandoyan yaralanıb.
Ermənistan KİV-i xəbər verir ki, bu barədə "Təsis parlamenti" müxalifət hərəkatının üzvü Syuzan Simonyan "Facebook" səhifəsində yazıb.
Ermənistan KİV-inin yazdığına əsasən, A.Xandoyan ayağından snayperlə vurulub. Ermənistan polisində bu faktı təsdiq ediblər. Verilən məlumata görə, qruplaşma üzvləri hüquq-mühafizə orqanlarının tələblərini pozaraq PPX alayının binasında atəş açıb və polisin buna cavabı nəticəsində atəş açanlardan biri yaralanıb.