Türkiyədə hərbi xidmətkeçmə müddəti azaldılacaq
Türkiyədə vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması qaydalarında dəyişiklik edilə bilər.
29 İyul 2016 18:20 DünyaTürkiyədə vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması qaydalarında dəyişiklik edilə bilər.
"Haber7" xəbər verir ki, ölkədə dövlət çevrilişi cəhdindən sonra məcburi hərbi xidmətkeçmə müddəti azaldılacaq.
Məlumata görə, bu proses mərhələli şəkildə həyata keçiriləcək.
Xəbərdə həmçinin Jandarma Baş Komandanlığının hərbçilərinin sayının azaldılacağı, hərbi liseylərin bağlanacağı, Milli Müdafiə Nazirliyinin tamamilə mülki şəxslərdən ibarət olacağı və Türkiyə Silahlı Qüvvələrindən Baş Qərargahından başqa bir binaya köçürüləcəyi qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31