243 Rusiya şirkətinin fəaliyyətinə qadağa qoyuldu
Ukraynada 243 Rusiya şirkətinin xarici iqtisadi fəaliyyətinə qadağa qoyulub.
29 İyul 2016 16:03 DünyaUkraynada 243 Rusiya şirkətinin xarici iqtisadi fəaliyyətinə qadağa qoyulub.
APA bildirir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatında deyilir.
Məlumatda bildirilir ki, qərarın qəbul edilməsinə səbəb bu müəssisələrin Donbas regionunda yerləşən kommersiya strukturları ilə əməkdaşlıq etməsidir. Qeyd olunur ki, bu şirkətlərin əksəriyyəti eyni zamanda Ukrayna ilə qanuni əsaslarla əməkdaşlıq edir.
Ukrayna Təhlükəsizlik Xidməti artıq İqtisadi İnkişaf və Ticarət Nazirliyinə müvafiq materialları təqdim edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31