Ermənistan əhalisinin sayı kəskin azalır - RƏSMİ

Ermənistanda yaşan vətəndaşların sayı açıqlanıb.

Ermənistanda yaşan vətəndaşların sayı açıqlanıb. Ermənistan Milli Statistika Xidmətinin 2016-cı ilin 1-ci yarısı üçün açıqladığı məlumata əsasən, ölkədə 2 milyon 995 min 100 nəfər yaşayır.
 
Onlardan 1 milyon 905,7 min nəfəri şəhər, 1 milyon 804,4 min nəfəri isə kənd yerində məskunlaşıb.
 
 Ötən ilin analoji dövrü ilə müqayisədə Ermənistan əhalisi 10,4 min nəfər azalıb.
 
Xatırladaq ki, 2015-ci ilin iyulunda ölkədə 3 milyon 6,2 min nəfər yaşayırdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31