Əsəddən GÖZLƏNİLMƏZ QƏRAR: Əfv ediləcəklər

Suriya prezidenti Bəşər Əsəd qarşıdan gələn 3 ay ərzində tərk-silah olan bütün müxaliflərin əfv ediləcəyini açıqlayıb.

Suriya prezidenti Bəşər Əsəd qarşıdan gələn 3 ay ərzində tərk-silah olan bütün müxaliflərin əfv ediləcəyini açıqlayıb.

Axar.az bildirir ki, qərar Hələbdə ordu qüvvələrinə məğlub olan müxaliflərin geri çəkilməsindən sonra verilib.
 
Mütəxəssislər Rusiyanın mülki vətəndaşları xilas etmək üçün 3 dəhliz açılacağı barədə qərarından sonra əksər müxalifin hökumətə təslim olacağı qənaətindədir.
  
Xatırladaq ki, Rusiyanın Müdafiə naziri Sergey Şoyqu bu gün səhər saatlarında verdiyi açıqlamada Suriya hökumətini əfv məsləsində zəmanət verməyə çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00