ABŞ-dan Türkiyəyə ŞOK ÇAĞIRIŞ
“Son günlər Türkiyədə qiyamla bağlı onlarla jurnalistin həbs edilməsi ABŞ hökumətini narahat edir”.
28 İyul 2016 15:46 Dünya"Son günlər Türkiyədə qiyamla bağlı onlarla jurnalistin həbs edilməsi ABŞ hökumətini narahat edir".
Xarici media xəbər verir ki, bunu ABŞ-ın Xarici İşlər Nazirliyinin mətbuat katibi Con Kirby keçirdiyi mətbuat konfransında bildirib.
C.Kirby Türkiyə hökumətini ölkədə jurnalistlərin və vəkillərin kütləvi həbsinə son qoymağa çağırıb: "ABŞ olaraq biz Türkiyədəki son həbslərdən narahatlıq keçiririk və bunun gələcəkdə böyük problemlərə yol açacağını düşünürük. Hesab edirik ki, Türkiyədə hüquq mühafizə orqanları və məhkəmə mənsublarının kütləvi həbsi ölkə ictimaiyyətindəki müzakirələrin önünü kəsmək üçün sui-istifadə edilir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00