RF XİN Bakıda Rusiya vətəndaşının saxlanılması məsələsini araşdırır

Rusiya Federasiyasının (RF) Xarici İşlər Nazirliyi (XİN) RF-nin Azərbaycandakı səfirliyininin konsulluğundan Azərbaycanda Rusiya vətəndaşı Marat Ueldanovun saxlanılması ilə bağlı informasiya gözləyir.

Trend-in məlumatına görə, bu barədə RF XİN-in nümayəndəsi Mariya Zaxarova "Facebook" sosial şəbəkəsində yazıb.

Daha əvvəl məlum olmuşdu ki, iyunun əvvəlində Azərbaycanda Cinayət Məcəlləsinin 234.4.3 maddəsinə - iri həcmdə narkotik vasitələrin əldə edilməsi, istehsalı, saxlanılması və yayılmasına görə ittiham edilərək erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanov saxlanılıb.

Saxlanılanın bacısı Mariana Mirzoyanın (Qalustyan) sözlərinə görə, M.Ueldanov artıq bir neçə dəfə Azərbaycanda olub və onun ölkəyə girişi ilə bağlı heç bir problemi olmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00