Xəstəxanada DƏHŞƏT - Xəstələr diri-diri yandı
Albaniyanın paytaxtı Tirandakı Amerikan xəstəxanasında dəhşətli hadisə baş verib.
27 İyul 2016 11:37 DünyaAlbaniyanın paytaxtı Tirandakı Amerikan xəstəxanasında dəhşətli hadisə baş verib.
1xəbər.com bildirir ki, 57 yaşlı Lafter Cenaj adlı bir nəfər xəsətxananın dialez şöbəsinə daxil olub və 38 yaşlı xəstənin üzərinə benzin tökərək yandırıb. Nəticədə Cenajın özü ilə birlikdə 2 nəfər diri-diri yanaraq ölüb. 38 yaşlı Serac və palatada olan tibb bacısı isə ağır yanıq xəsarəti alıblar. Seracın vəziyytinin ağır olduğu bildirlir.
Faktla bağlı araşdırma aparılır. Polis hələ də hadisənin səbəbinin aydın olmadığını bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00