Qalmaqallı aktrisa: "Xəyanət, hamiləlik... Bağışlayın məni..."

ABŞ-ın ən məşhur və qalmaqallı aktrisalarından biri, Hollivud ulduzu Lindsi Lohanın yaşamı əsla normallaşmaq bilmir. Rusiyalı milyarderin oğlu, 23 yaşlı Yeqor Tarabasovla nişanlı olan aktrisa sevgilisi ilə dalaşmış, onu evdən qovmuşdu.

ABŞ-ın ən məşhur və qalmaqallı aktrisalarından biri, Hollivud ulduzu Lindsi Lohanın yaşamı əsla normallaşmaq bilmir. Rusiyalı milyarderin oğlu, 23 yaşlı Yeqor Tarabasovla nişanlı olan aktrisa sevgilisi ilə dalaşmış, onu evdən qovmuşdu.

TMZ bildirir ki, Lindsi Lohan nişanlısını xəyanətdə suçlayıb.

Ötən həftənin cümə günü Y.Tarabasov evə gəlməyib. O, gecə klubunda idi. Həmin klubda rusiyalı dizayner Daşa Paşyovkina da vardı.

Lohanın "pərəstişkar"larından biri klubda çəkilmiş videonu ona yollayıb. Sinirlənmiş aktrisa həmin videonu Snapchat-da paylaşıb, "nişanlım mənə xəyanət edir" yazıb.

Daha sonra o, Tvitter-də baş rolda oynadığı "Müvəqqəti hamilə" filminin treylerini paylaşıb və "Hamiləyəm" yazıb. Bir qədər sonra isə o, İnstaqramda Yeqorla birgə çəkdirdiyi fotosunu paylaşaraq yazıb: "Səni anlayıram. Mən də 23 yaşımda belə idim. Yaşlananda dəyişəcəksən. Evə gəlmədiyin üçün minnətdaram. Məşhurluq insanları dəyişir".

Sakitləşəndə isə Lohan sosial şəbəkədə yazdıqlarının əksəriyyətini silib.

Yeqor Tarabasovun dediyinə görə o, xəyanət etməyib.

The Sun isə bildirir ki, Lindisi Lohan nişanlısı tərəfindən döyüldüyünü deyib, evə polis çağırıb. "Polis Yeqoru apardı. O, qəzəbini idarə edə bilmir, psixoloq yardımına ehtiyacı var", - Lohanın rəfiqələri bildiriblər.

Dünənsə Lindisi Lohan İnstaqram-da yeni fotosunu paylaşaraq yazıb: "Yaşadığım olaylarla, şəxsi həyatımla bağlı təfərrüatların sosial şəbəkələrdə paylaşılmasına görə üzr istəyirəm. Problemlərim barədə çox qarmaqarışıq kəlmələr yazdım. İndi yaxşıyam. Məni bağışlayın. Hamımız insanıq. Üstəlik, mən daim diqqətdə olan insanam. Son illər yaşamımı təhlil etdim və daha ehtiyatlı davranmağa qərar verdim. Sosial media artıq həyatımıza sirayət edib. Yaşam dramlarının sosial şəbəkələrdə əks olunması heç də həmişə yaxşı olmur. Bəlkə hər şey yaxşı oldu, bəlkə yox. Ümid edirəm ki, yaxşı olar. 30 yaşım var və yaxşı, normal həyat, sevgi və işıq istəyirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00