Çevriliş cəhdi xəbərini alan Ərdoğan ilk olaraq nə edib? - "Dəstəmaz aldı, iki rükət namaz qıldı və..."

Türkiyə prezidentinin baş müşaviri İbrahim Kalın 15 iyul  çevriliş cəhdi gecəsindən danışıb.

Avropa.info xəbər verir ki, Kalın  çevriliş cəhdi gecəsi  dövlət başçısı Ərdoğanla dəfələrlə telefonla danışdığını, prezidentin yanında  olan Berat Albayrak  həmin vaxt prezidentin durumu haqda ona məlumat verdiyini deyib.

"Berat  Albayrak mənə dedi ki, prezident  çox sakitdir , özündən əmindir. Dəstəmaz aldı, iki rükət namazını qıldı, ondan sonra da oteldən çıxdıq."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00