“Yahoo” satıldı - 22 illik əfsanə tarixə qovuşdu

Amerika Birləşmiş Ştatlarının telekommunikasiya şirkəti Verizon, internet məzmun təminatçısı “Yahoo”-nu 4 milyard 830 milyon dollara satın alıb.

Amerika Birləşmiş Ştatlarının telekommunikasiya şirkəti Verizon, internet məzmun təminatçısı "Yahoo"-nu 4 milyard 830 milyon dollara satın alıb.

ATV.az-ın məlumatına görə, iki şirkət arasındakı razılaşmaya görə, Yahoo-nun adı dəyişəcək və şirkət ictimaiyyətə açıq bir investisiya şirkəti olacaq. Verizon, Yahoo-nu digər internet məzmun təminatçısı AOL ilə birləşdirəcək. Satınalmanın 2017-ci ildə başa çatdırılması gözlənilir. 

1994-ci ildə Jerry Yang və David Filo tərəfindən əsası qoyulan Yahoo fəaliyyət göstərdiyi 22 il ərzində 5 milyard 700 milyon dollarlıq Broadcast.com və 3 milyard 6 yüz milyon dollarlıq Geocities kimi satınalmalara da imza atmışdı. Lakin bu sərmayələr özünü doğrultmadı. Daha sonra Yahoo Tumblr və MessageMe kimi gənclərə yönələn satınalmalarla rəqiblərini üstələməyə çalışsa da, yenə uğursuzluğa düşar olmuşdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00