Münhendə terror: 6 ölü, 10 yaralı - YENİLƏNİB - VİDEO - FOTO

 

Münhendə "Olimpiya" ticarət mərkəzində baş verən silahlı hücum nəticəsində ən azı altı nəfər həlak olub. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

--------

Münhendə silahlı insident nəticəsində ölənlərin sayı 5 nəfər çatıb çatıb.
 
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Münhen polisinin nümayəndəsi bildirib.
 
"İndiyədək tərəfimizdən 5 ölüm faktı qeydə alınıb", polis rəsmisi qeyd edib.
 
O, silahlıların kimliyi və motivləri barədə məlumat verməyib.

---------

Münhendə "Olimpiya" ticarət mərkəzində baş verən silahlı hücum nəticəsində ən azı üç nəfər həlak olub. Bu barədə Trend BBC-yə istinadən xəbər verir.

Münhen polis nümayəndəsi bildirib ki, hücumda bir neçə nəfər iştirak edib. Atəş açanların heç birini yaxalamaq hələlik mümkün olmayıb.

Hadisə yeri polis tərəfindən mühasirəyə alınıb, insanlar təxliyə olunub, əməliyyat gedir. Rayon sakinlərinə küçəyə çıxmamaq xahiş olunub.

---------

Bild-ə  istinadən bildirir ki, Münhenin ən böyük ticarət mərkəzlərindən sayılan "Olympia-Einkaufszentrum"da naməlum şəxsin aptekdə atəş açması nəticəsinldə 3 nəfər həlak olub, 10 nəfər yaralanıb. Atəş açan şəxsin gülləbarandan sonra yaxınlıqdakı metro stansiyasına yönəldiyi vurğulanır.

Münhenin şimal-qərbindəki "Olympia-Einkaufszentrum" ticarət mərkəzi 1972-ci ildə Yay Olimpiya Oyunlarına hazırlıq proqramı çərçivəsində inşa olunmuşdu.

---------

Münhenin ticarət mərkəzində baş verən atışma nəticəsində 1 nəfər ölüb, 10 nəfər xəsarət alıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, polis ticarət mərkəzinin yaxınlığında irimiqyaslı əməliyyat keçirir.

----------

Almaniyanın Münhen şəhərində silahlı insident baş verib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə ticarət mərkəzlərinin birində qeydə alınıb.
 
Bəzi KİV-lər hadisə nəticəsində 1 nəfərdən 15 nəfərədək insanın öldüyünü bildirir. Hadisə yerində əməliyyatın keçirildiyi bildirilir.   

----------

Münhenin ticarət mərkəzində baş verən atışmada ən azı 15 nəfər dünyasını dəyişdiyi deyilsə də, hələlik rəsmi təsdiq yoxdur.

---------

Münhenin ticarət mərkəzində atışma olub.

Trend RİA Novostiyə istinadən xəbər verir, atışmada 15 nəfər dünyasını dəyişib.

---------

Videonu izləmək üçün şəklə klikləyin:
Стрельба в торговом центре Мюнхена

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00