Generallardan biri sərbəst buraxıldı
Türkiyədə hərbi çevrilişə cəhd ilə əlaqədar olaraq saxlanılan generallardan biri sərbəst buraxılıb.
19 İyul 2016 11:12 DünyaTürkiyədə hərbi çevrilişə cəhd ilə əlaqədar olaraq saxlanılan generallardan biri sərbəst buraxılıb. "Hürriyet" xəbər verir ki, iyulun 16-da, səhər saat 4-də tutulan Çanaqqala vilayətində dislokasiya olunmuş 18-ci mexanikləşdirilmiş diviziyanın komandiri, general-leytenant İsmayıl Gürgen azadlığa buraxılıb. O, istintaq dövründə azadlıqda qalacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00