Türkiyə prezidenti: "Biz terrorçu ilə reportaj hazırlayan bir ölkənin media qurumuna necə isti münasibət bəsləyə bilərik?"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa müraciətlə çıxış edib və 15 iyul tarixində dövlət çevrilişinə edilən uğursuz cəhdə münasibətini bildirib.
19 İyul 2016 05:10 DünyaTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa müraciətlə çıxış edib və 15 iyul tarixində dövlət çevrilişinə edilən uğursuz cəhdə münasibətini bildirib.
"Report" xəbər verir ki, Türkiyə prezidenti çıxışı zamanı dünya mediasına səslənib:
"Ey dünya mediası, sizə səslənirəm, bizə yaxın və uzaq olan ölkələrin media qurumlarının məsul şəxslərinə səslənirəm! ABŞ-da qoşa qüllələrə terror hücumu zamanı, bir dövlətin media qurumunun nümayəndəsi Ben Ladendən müsahibə aldımı? Onunla reportaj hazırladımı? İndi ABŞ-da 400 kv.m ərazidə məskunlaşan biri - bir terrorçu, terrorçuların lideri ilə reportaj hazırlayan media qurumuna qarşı bizim münasibətimiz necə isti ola bilər?".