Millət vəkili: "Hakimiyyətə silahlı yolla gəlmək cəhdləri yolverilməzdir"

Türkiyənin və türk millətinin böyüməsini, güclənməsini istəməyən daxili və xarici dairələrin ölkəni zəiflətmək, qaranlığa sürükləmək, parçalamaq cəhdlərini qəti şəkildə pisləyirəm.

Milli.Az xəbər verir ki, bunu Milli Məclisin üzvü Musa Qasımlı Türkiyədə hərbi yolla baş tutmamış dövlət çevrilişinə münasibətində belə deyib.

Onun sözlərinə görə, türk milləti tarixində olmuş hərbi çevrilişlərin nəticələrini çox yaxşı bilir: "Motivi nə olursa-olsun, hakimiyyətə silahlı yolla gəlmək cəhdləri yolverilməzdir. Yeganə yol seçkidir. Türk millətinin bu sınaqdan da qalib çıxacağına inanıram. Biz qardaş Türkiyənin daim güclü olmasını istəyirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00