Ermənilər aprel hücumlarında Rusiyanın Azərbaycana kömək etdiyini iddia edirlər. Haqqın.az-ın verdiyi məlumata görə, erməni xalqının həmişə öz səhvlərinə görə başqalarını günahlandırması adəti artıq hamıya məlumdur. Odur ki, çox nadir hallarda onlardan kimsə səhvini boynuna alır. Belə hallara ən məşhur nümunə ötən əsrin əvvəllərində Ermənistanın "Daşnaksutyun" partiyasının lideri Ovanes Kaçaznunidir. O, hələ ötən əsrin 20-ci illərində haqlı olaraq deyirdi ki, öz səhvlərini Rusiya, İngiltərə və Türkiyənin üstünə atmaq ermənilərə xas xüsusiyyətdir.
Ovanes Kaçaznuninin fikirlərindən təxminən 100 il keçməsinə baxmayaraq, Ermənistanda hələ də vəziyyət dəyişməyib. Bu barədə onlar haqqında yazan xarici saytlarda da görmək mümkündür.
Mayın 9-da da Ermənistanda çoxlu müxtəlif bəyanatlar səslənib. Məsələn, Qarabağ separatçılarının lideri Bako Saakyan əsgərlərin "misilsiz gücü və sarsılmaz ruhundan" danışıb. O, bununla həm özünü, həm də sadəlövh dinləyicini aprelin əvvəllərində gedən döyüşlərdə Ermənistan ordusunun qələbə barədə uydurmaları ilə aldadıb.
.jpg)
Erməni cəmiyyətinin digər nümayəndələri Ermənistanda rusiyalı casus aşkarlanması haqqında məlumatlar verib. Bununla onlar Moskvanı Qarabağa hücum etmək üçün Azərbaycan ordusuna kömək etməkdə ittiham edirlər.
Məsələn, "Azad demokratlar" partiyasının sədri, Ermənistan Milli Məclisinin deputatı Xaçatur Kokobelyanın "Lragir" nəşri yazır: "Heç şübhəsiz ki, Rusiyanın icazəsi olmasa idi, bu cür irimiqyaslı hücum ola bilməzdi. Əlbəttə, Rusiya Azərbaycan qoşunlarının hərəkətindən xəbərdar idi. Yəni aprel ayındakı irimiqyaslı əməliyyatlar Rusiyanın dinməz razılığı və dəstəyi ilə həyata keçirilib".
Bundan başqa, Rusiya hücumlardan agah ola-ola bu barədə Ermənistan tərəfini xəbərdar etməyib ki, onlar da hazırlıqlı olsunlar. Həm də bu döyüşlərdə Rusiya təkcə siyası deyil, hərbi cəhətdən də Azərbaycana köməklik göstərib. Bunu baş nazir Dmitri Medvedyevin və onun müavini Roqozinin Azərbaycana silah satışını davam etmələri haqqında açıqlamalarından da aydın görmək olar.
Erməni siyasi təhlilçisi Naira Ayrumyan öz növbəsində bildirib ki, hələ də Ermənistanda rus casus və agentləri bütöv bir şəbəkə olaraq qalır.
"Rusiya xüsusi təhsilə malik olan agentlərini Ermənistana göndərir"
Digər analitik öz məqaləsində açıq-aşkar qeyd edir ki, indi ruslar öz maraqlarına cavab verən şəkildə tədbirlər hazırlayırlar. "Rusiya xüsusi təhsilə malik olan yeni casuslarını Ermənistana göndərir ki, lazımi informasiyaları onlara çatdıra bilsinlər".
Göründüyü kimi, tarix təkrarlanır. Ermənilər yenə də öz səhvlərini daxildə deyil, xarici təsirlərdə axtarırlar.