Səudiyyə Ərəbistanı bu il neft hasilatını kəskin artıracaq
10 May 2016 13:13 DünyaSəudiyyə Ərəbistanı 2016-cı ildə neft hasilatını artırmağı və dünya bazarında öz mövqeyini möhkəmləndirməyi planlaşdırır. "APA-Economics" xəbər verir ki, bu barədə dövlət şirkəti olan "Saudi Aramco Oil Co."-nun rəhbəri Amin Nasser deyib. A. Nasser qeyd edib ki, qarşıdan gələn həftələr ərzində şirkət "Shaybah" yatağında hasilatı 33% artıraraq sutkada 1 mln. barrelə çatdırmaq niyyətindədir. "Dünya bazarında vəziyyət qəlizdir, lakin hasilatın artırılması üçün imkanlar var", - deyə A. Nasser bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00