Vanda bombalı basqın: 2 polis şəhid, 1 polis yaralı

Vanda PKK-lı terrorçular tərəfindən bombalı basqın baş verib.  Hadisə 09:30 radələrində mərkəz  İpekyolu ilçesi Hacıbekir Mahallesi Karlıova küçəsində baş verib. Polis yola partlayıcı döşəndiyi xəbərini alıb və ərazidə geniş güvənlilik önləmini alaraq buraya hərbi mütəxəssislər cəlb edilib. Bomba zərərsizləşdirilmək istərkən partlayış baş verib və nəticədə iki polis şəhid olub, bir polis yaralanıb. Yaşanan hadisənin ardından əraziyə xeyli sayda polis cəlb olunub. Partlayışın baş verdiyi küçə və ətraf əraziyə giriş-çıxış qadağan olunub və hava dəstəkli əməliyyat başladılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00