Rusiyadan pnevmatik tapança gətirmək istədi

Xaçmaz Gömrük İdarəsinin "Yalama" gömrük postunda Xarkov-Bakı sərnişin qatarı ilə Rusiya Federasiyasından Azərbaycana gələn Azərbaycan Respublikası vətəndaşının əl yüklərinə qanunvericiliyə uyğun olaraq gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı həmin şəxsə aid əl çantasının içərisində gömrük nəzarətinə bəyan olunmayan 1 ədəd pnevmatik tapança, onun üçün nəzərdə tutulan 8 ədəd qaz balonu və 2 qutuda 1000 ədəd kürəciklər aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00