Dövlətə külli miqdarda ziyan vurmaqda şübhəli bilinən 58 nəfər tutuldu
10 May 2016 12:31 DünyaTürkiyədə dövlətə 800 milyon türk lirəsi (təqribən 273 milyon dollar) ziyan vurmaqda şübhəli bilinən 58 nəfər tutulub. Report bildirir ki, əməliyyat İstanbulun 4 rayonunda keçirilib. Əməliyyatı keçirən Maliyyə cinayətlərinə qarşı mübarizə şöbəsi İstanbulun 5 rayonunda mütəşəkkli dəstənin qurduğu 37 saxta şirkət aşkarlayıb. Məlumata görə, bu şirkətləri quranlar əməlləri ilə dövlətə milyonlarla lirə maddi ziyan vurublar. Dəstə üzvləri arasında polislər, maliyyə və gömrük qurumlarının da əməkdaşları var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00