İnsan ətindən xoşu gəlməyən akula tutuldu

Balıqçılar Yaponiya sahillərində dərin sularda yaşayan "Meqachasma pelaqios" (yekəağız köpək balığı) köpək balığını tutublar.  Faktxeber.com bildirir ki, bir tonluq balığın uzunluğu 5 metr təşkil edir. 1976-ci ildə kəşf edilmiş Meqachasma köpək balıqların sayı 60-a yaxındır. Planktonlarla qidalanan bu nəhəng balıq insan üçün tam təhlükəsiz hesab olunur. Onlara  ən çox Yaponiya adaları, Filippin, Seneqal və Avstraliyada rast gəlmək mümkündür. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00