Atasını xilas etmək üçün Olimpiadadan imtina etdi
19 Aprel 2016 19:51 DünyaArgentinalı həndbolçu atasını xilas etmək üçün Olimpiadadan imtina edib. Publika.az-a istinadən bildirir ki, Xoana Bollinq bu il yayda Rioda keçiriləcək Olimpiadada iştirak etməyə hazırlaşırdı. Amma atasının böyrək çatışmazlığından əziyyət çəkməsi onu fikrindən daşındırıb. Təxminən 4 il əvvəl Xoananın valideyni, sabiq peşəkar basketbolçu Elnes Bollinqin böyrəyi fəaliyyətini dayandırıb. Həftədə 3 dəfə dializə gedən ata Bollinq şiddətli ağrılarla yaşayırdı. Onun həyatını yalnız orqan köçürülməsi ilə xilas etmək mümkün idi. 20 yaşlı Xoana dəfələrlə bu barədə atasıyla danışsa da, onu razı sala bilmirdi. Nəhayət, aprelin 5-də əməliyyat baş tutdu və uğurlu alındı. Düzdür, mətbuat bundan yalnız dünən xəbər tutub. Gənc həndbolçu əməliyyatdan sonra bunları deyib: "Əminəm ki, atam da düşünmədən böyrəyini mənə verərdi. Çünkü bizim bütün analizlərimiz üst-üstə düşür. Əlbəttə, atamın sağlığı mənim üçün həndboldan daha vacibdir". Xoana Argentinada perspektivli həndbolçulardan hesab olunurdu. O, avqustun 5-21-də Rioda təşkil olanacaq Olimpiadada iştirak edəcək Argentina millisinin heyətinə də düşmüşdü.