Tuba Büyüküstün boşandı?

2011-ci ildə aktyor Onur Saylakla ailə quran Tuba Büyüküstünün boşanması barədə xəbərlər yayılıb. Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu jurnalist Erol Köse "Her şeyi konuşalım" proqramında səsləndirib. O iddia edib ki, cütlük 2-3 ay əvvəl gizli şəkildə boşanıb. Hürriyet.com.tr bu məsələ ilə bağlı məşhurların yaxınları ilə əlaqə saxlayıb. Cütlüyə yaxın mənbə bu xəbəri təkzib edib. Onun sözlərinə görə, cütlüyün arasında heç bir problem yoxdur və onlar çox xoşbəxtdir. 2011-ci ildə ailə quran Tuba və Onurun əkiz qızları var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00