Suriyada müxaliflər üç istiqamətdən hücuma keçdilər

Suriyada dünən bir araya gələn 12 müxalif qrup Xama, Sahl əl-Gab, Lazikiye, Türkman Dağı və Kürddağı bölgələrində hücuma başlayıb. Publika.az bildirir ki, Əsəd tərəfdarlarının Hələb əməliyyatına cavab olan hücumda rejimə aid xeyli hərbi texnika məhv edilib, çoxlu sayda silah və sursat ələ keçirilib. Hücumlarda 50-dən çox rejim əsgəri öldürülüb və bir çox istiqamətlərdə irəliləyiş qeydə alınıb. Atəşkəs pozuntusunun ən çox qeydə alındığı Hələbin cənubunda, müxalifət tərəfindən ələ keçirilən strateji əhəmiyyətə sahib Tel Eys qəsəbəsi və ətrafında döyüşlər davam edir. Eyni zamanda Rusiya hərbi təyyarələri müxalifətin mövqelərini bombalamaqda davam edir. Rusiya təyyarələri Tel Eys qəsəbəsində bir məscidi yerlə-yeksan edib. Hücumda 3 dinc vətəndaş yaralanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00