102 yaşlı xizəksürən qadın
19 Aprel 2016 19:18 DünyaBöyük Britaniyanın ən yaşlı xizək sürən qadını Hild Ceymson sevimli hobbisindən imtina etməli olub. Publika.az xəbər verir ki, 80 ildi dağ xizəyi ilə məşğul olan Ceymson görmə qabiliyyətini itirdiyi üçün bir daha buz üstünə çıxa bilməyəcək. Onun görmə qabiliyyəti demək olar sıfıra düşüb. Son vaxtlar britaniyalı qadına xizək sürərkən qızı kömək edirdi. Ceymson 2002-ci ildə dünyasını dəyişən əri ilə birlikdə Böyük Britaniyanın ən yaxşı dağ xizək kurort zonalarından sayılan "Glenshee Ski Centre"ni yaradıb. Burada 27 qaldırıcı lift və 36 tras var. Onun qızı 1968-ci ildə Qrenobl Olimpiadasında iştirak edib. 10 nəvəsi və 20-dən çox nəticəsi var. Onların da çoxu milli çempionatların qalibi olub və bəziləri Şotlandiya millisinin üzvüdür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00