Ermənistan silah almaq üçün pul dilənir

Ermənistan "dördgünlük müharibə"dən sonra silah almaq üçün pul dilənir.  Publika.az bildirir ki, iki həftə ərzində silahların alınması üçün 6,5 milyon ianə toplanıb. Bu ianələr aprelin 2-də başlanan döyüşlərdən sonra açılan hesablara köçürülüb. "Yığılmış vəsaitlər silahlı qüvvələrin müasir silahlar almasına sərf ediləcək", - deyə məlumatda bildirilir. "Dördgünlük müharibə"də ölən hərbi qulluqçuların ailələrinə cəmi 2 min ABŞ dollarının verilməsi də Ermənistanda acınacaqlı vəziyyəti əks etdirir.

Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan Almaniya səfəri zamanı ölkəsinin 80-ci illərdən qalma SSRİ silahlarından istifadə etdiyini bildirmişdi. O, "biz Azərbaycanın bu qədər müasir silahlara malik olduğunu bilmirdik" deyə qorxularını da etiraf etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00