“Super Mario” oyununda yeni dünya rekordu vuruldu
15 Aprel 2016 18:22 Dünya"Darbian" nikli amerikalı oyun həvəskarı populyar "Super Mario" oyununu rekord 4:57.260 dəqiqə müddətində tam keçib. İKT.lent.az-ın "vistanews.ru" saytına istinadən məlumatına görə, bununla da o, daha öncə əldə etdiyi vaxtın nəticəsini 2 millisaniyə yeniləyib və yeni dünya rekordu əldə edib. Maraqlıdır ki, ən tanınmış klassik oyunlardan biri olan "Super Mario Bros" oyunu adi oyundan yarışma oyununa çevrilib. Burada da ən yaxşı oyun həvəskarları bu oyunu sürətlə keçməyə və müxtəlif yarışlar keçirməyə, dünya rekordu vurmağa başlayıblar. Bu oyunu bütün dünya üzrə oynayan istifadəçilər arasında müxtəlif yaş həddinə aid insanlar mövcuddur. Hazırda bütün dünya üzrə ancaq 8 nəfər oyunsevər bu tanınmış oyunu 5 dəqiqədən aşağı vaxta keçə bilib. Bundan əlavə, mükafat yerləri üçün fəal mübarizə gedir. İlk dörd yeri tutanlar arasında 6 millisaniyə fərqləri var.